Biz kimik?

“REC-İNVEST” Qiymətləndirmə şirkəti 2002-ci ildə dövlət qeydiyyatından keçərək fəaliyyətini öz nizamnaməsinə müvafiq olaraq qurmuşdur. Ötən müddət ərzində Şikətimiz tərəfindən ölkəmizdə hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq müxtəlif əmlak növlərinin qiymətləndirilməsi xidməti göstərilmişdir.

Şirkət fəaliyyətə başladığı müddətdən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, 2004-cü ildən isə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin müvafiq olaraq üzvü və təsisçisidir. Fəaliyyət müddətində Şirkət bir çox yerli və xarici tədbirlərdə iştirak etmiş, beynəlxalq şirkətlərlə əlaqələr yaratmışdır.

2006-cı ildən Azərbaycan Respublikası Milli Bankı nəzdində yaradılmış Azərbaycan İpoteka Fondunun müvəkkil qiymətləndirici şirkətlərindən biridir. 2011-ci ildən isə İSO 9001-2008 keyfiyyəti idarəetmə sistemi üzrə sertifikatla təmin olunmuşdur.
Bununla yanaşı ölkə daxilində çap məlumat mənbələrində və Bеynəlхalq intеrnеt
resurslarında qiymətləndirmə fəaliyyəti üzrə tanınmış Şirkət olduğu barədə informasiyalar verilmişdir.