Qiymətləndirmə

“REC-İNVEST” Qiymətləndirmə şirkəti qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün lazımi texniki bazaya, çox saylı proqram təminatına və ən əsası güclü mütəxəssis heyətinə malikdir ki, onlara hüquqşünas, qiymətləndirici, iqtisadçı, mühəndis, texnoloq, memar, maliyyəçi və s. aiddir.

Şirkətinin əsas fəaliyyət sahələrindən biri daşınar və daşınmaz əmlakların qiymətləndirilməsidir ki, həmin xidmət üzrə fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır.

  • Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi
  • Xidmət obyektlərinin qiymətləndirilməsi 
  • İstehsal və s. təyinatlı avadanlıqların qiymətləndirilməsi 
  • Sığorta olunan əmlakların qiymətləndirilməsi;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi;
  • Əsas fondların yenidən qiymətləndirilməsi;
  • Torpaq sahələrinin qiymətləndirilməsi;
  • İpoteka kreditlərinin qiymətləndirilməsi;
  • Biznesin qiymətləndirilməsi;
  • İnvestisiya layihələrinin qiymətləndirilməsi;
  • Məhkəmə mübahisələri zamanı qiymətləndirilmə;
  • Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi və s.

Şirkət 2002-ci ildən dövlət qeydiyyatından keçməsinə baxmayaraq mütəxəssisləri 1998-ci ildən qiymətləndirmə sahəsində çalışırlar. Qiymətləndirmə sahəsində bir neçə kitabın, informasiya bülletenlərinin və saysız hesabsız məqalələrin müəllifləridir.